Frenel əksetdiricisi

ру отражатель Френеля en Fresnel reflector de Fresnelreflektor fr réflecteur de Fresnel es reflector de Fresnel it riflettore di Fresnel
fototermiki təkrar istifadə
Frenel güzgüsü
OBASTAN VİKİ
Neytron əksetdiricisi
Neytron əksetdiricisi — nüvə reaktorunun aktiv zonasını əhatə edən və neytronların zonadan kənara axmasını azaldan maddə təbəqəsi. Nüvə əksetdiricisində neytronların əks etdirilməsi zəncirvari reaksiyanın gedişini təmin edən yanacağa qənaət olunmasına imkan verir. Nüvə əksetdiricisi üçün yavaşıdıcı kimi işlənən maddələrdən istifadə olunur.
Hüygens-Frenel prinsipi
Hüygens-Frenel prinsipi – dalğanın, əsasən də işığın yayılma mexanizmini təsvir və izah edən əsas dalğa nəzəriyyəsi postulatı. Hüygens-Frenel prinsipi 1678-ci ildə Xristian Hüygens tərəfindən irəli sürülən prinsipin bir qədər də təkmilləşdirilmiş formasıdır. Hüygensə görə işıq dalğasının düşdüyü mühit səthi yeni işıq dalğasının ikinci(dərəcəli) mənbəyidir. Hüygens prinsipi həndəsi optika qanunlarına tabe olan dalğaların yayılmasını izah edir, lakin difraksiya hadisəsini izah edə bilmir. Oqüsten Jan Frenel 1815-ci ildə elementar dalğaların koherentlik və interferensiyası anlayışlarını daxil etməklə və Hüygens prinsipini tamamlayır və beləliklə Hüygens-Frenel prinsipi əsasında difraksiya hadisəsini izah etmək mümkün olur. Hüygens-Frenel prinsipini belə ifadə etmək olar. Dalğa cəbhəsinin hər bir elementinə ikinci (dərəcəli) sferik dalğalar əmələ gətirən ikinci(dərəcəli) həyəcanlanma mənbəyi kimi baxmaq olar. Hər bir nöqtədə əmələ gələn işıq sahəsi isə bu dalğaların interferensiyası ilə təyin olunacaqdır. Bir anlıq təsəvvür edək ki, iki qonşu otaq bir qapı arakəsməsi ilə ayrılır. Otaqlardan birinin uzaq küncündən səs buraxılır.